Vergilər Nazirliyi artıq ödənilmiş verginin necə qaytarılma üsulunu açıqlayıb. FED.az xəbər verir ki, bununla bağlı Vergilər Nazirliyinin İqtisadi təhlil departamentinin baş direktoru Natiq Şirinov cavab verib.
Vergilər Nazirliyinin saytında vətəndaşın, “Cari hesabatda səhv gedib və hesabımızdan pul dərhal silinib. Dəqiqləşdirilmiş hesabat vermişik və artıq ödəmə yaranıb. Bu vəsaiti necə geri almaq olar?” sualına cavab olaraq nazirliyin rəsmisi bildirib ki, bu halda vergi məcəlləsinin 87 maddəsinə əsasən vergi ödəyicisi tərəfindən ərizə ilə vergi orqanlarına müraciət oluna bilər və 45 gün ərzində həmin vəsaitin qaytarılması həyata keçirilir. Yaxuddakı vergi ödəyicisinin öz istəyi ilə növbəti vergi öhdəliklərinin hesabına aid edilə bilər – deyə Natiq Şirinov bildirib.
“Burda bir məqamə nəzərə çatdırmaq lazımdır ki, vergi məcəlləsinin 179 maddəsində əlavə dəyər vergisində yaranmış artıq vəsaitlərin qaytarılması ilə bağlı xüsusi norma nəzərdə tutulmuşdur. Yəni digər vergilərdən fərqli olaraq. Bu norma ondan ibarətdir ki, əgər dövriyyəsinin 50% dən çoxu sıfır dərəcə ilə vergiyə cəlb olunan dövriyyədən ibarətdirsə bu halda əlavə dəyər vergisindən yaranmış əlavə ödəmə vergi ödəyicisinin ərizəsi təqdim edildiyi tarixdən 20 gün ərzində, digər hallarda isə ərizənin təqdim edildikdən sonra 4 ay ərzində qaytarılması həyata keçirilir” – deyə o əlavə edib.
Vergiyə artıq ödənilmiş pulu necə - GERİ QAYTARMAQ OLAR?
17:34
3 İyun 2019