Vergilər Nazirliyi yaxın gələcəkdə elektron qaimə-fakturalarla vergi hesab-fakturalarının vahid sənəd halında birləşdirməyi nəzərdə tutur.
FED.az-ın məlumatına görə, bunu Vergilər Nazirliyinin İqtisadi təhlil və ekspertiza departamentinin baş direktoru Natiq Şirinov deyib.
Baş direktorun sözlərinə görə, bu yenilik reallaşdıqdan sonra elektron qaimə-fakturaların üzərində "Elektron vergi hesab-fakturası" yazılmayacaq.
O bildirib ki, belə bir təşəbbüs sahibkarlarla keçirilən görüşlərin nəticəsində ortaya çıxıb:
"Növbəti illərdə elektron qaimə-faktura və elektron vergi hesab-fakturalarının birləşdirilməsi ilə yanaşı, elektron qaimə-fakturaların fəaliyyət növləri üzrə fəqləndirilməsi də nəzərdə tutulur".