Vergilər Nazirliyinin Tədris Mərkəzinin strukturu dəyişib.
FED.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinin yaradılması haqqında” qərarında dəyişiklik edib.
Eləcə də bax: Vergilər Nazirliyi işçi yığmağa başladı – MÜSABİQƏ – ŞƏRTLƏR, TƏLƏBLƏR
Beləliklə, Vergilər Nazirliyinin Tədris Mərkəzinin yeni strukturuna İqtisadiyyat və idarəetmənin tədrisi, Vergi inzibatçılığının tədrisi, Vergi qanunvericiliyinin tədrisi, Elm, innovasiya və əməkdaşlıq, Maliyyə, təminat və mühasibat uçotu və Tədris və metodika şöbələri, Layihələrlə iş və inkişaf və Keyfiyyət təminatı bölmələri daxil olacaq.
Qeyd edək ki, indiyə qədər Vergilər Nazirliyinin Tədris Mərkəzinin strukturuna rəhbərlik, İqtisadiyyat və menecment, Vergi metodologiyası və Vergi qanunvericiliyi və təsərrüfat hüquqi kafedraları, Elmi tədqiqat bölməsi, Tədris və metodika şöbəsi, Maliyyə və təsərrüfat şöbəsi və Mühasibat daxil olub.
Apa