Nazirlər Kabineti “Azərbaycan Respublikasının vergi orqanları işçilərinin aylıq vəzifə maaşları” və “Azərbaycan Respublikasının vergi orqanları işçilərinin aylıq vəzifə maaşları haqqında” ” qərarında müvafiq dəyişiklik edib. Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Sərəncama əsasən 2018-ci il martın 1-dən nazirliyin Aparat rəhbərinin maaşı 1111 manat, Aparat rəhbərinin maaşı maaşı 1034 manat, departamentin baş direktoru, təminedici idarənin və şöbənin (mərkəzin) direktorunun maaşları 979 manat, departamentin tərkibində olan idarənin tərkibindəki şöbənin rəhbərinin maaşı 682 manat, nazirin köməkçisinin maaşı 803 manat səviyyəsində təsdiq olunub.
Həmçinin təminedici idarənin və şöbənin (mərkəzin) direktorunun maaşları 979 manat, Vergilər departamentin baş direktorunun, təminedici idarənin və şöbənin (mərkəzin) direktorunun birinci müavininin maaşı 847 manat, departamentin baş direktorunun, təminedici idarənin və şöbənin (mərkəzin) direktorunun müavini, yardımçı idarənin və şöbənin (mərkəzin) direktorunun maaşı 836 manat səviyyəsində təsdiq edilib.
Nazirlər Kabinetinin qərarının tam mətni ilə http://cabmin.gov.az/page/doc/2787 saytında tanış olmaq mümkündür.