Sığortaedənlərin işsizlikdən sığorta üzrə sığortaçıda qeydiyyatı Vergilər Nazirliyindən daxil olan məlumat əsasında aparılacaq. Nazirlər Kabineti bununla bağlı “İşsizlikdən sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatın təqdim olunması Qaydası”nda dəyişiklik edib.
Eləcə də bax: Bəzi mallar gömrük rüsumundan azad edildi – YENİ QƏRAR
FED.az xəbər verir ki, qüvvədə olan Qaydaya əsasən, sığortaolunanların və sığortaedənlərin işsizlikdən sığorta üzrə sığortaçıda qeydiyyatı qaydasının icrasına nəzarəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun orqanları həyata keçirirlər. Fondun orqanları bu nəzarəti məcburi dövlət sosial sığorta haqqının toplanması qaydalarına və məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçılarının uçotu qaydalarına uyğun həyata keçirirlər.
Dəyişikliyə əsasən (Qərarın tam mətni burada), sığortaolunanların və sığortaedənlərin işsizlikdən sığorta üzrə sığortaçıda qeydiyyatı qaydasının icrasına nəzarəti Fondun orqanları və vergi orqanlar həyata keçirəcəklər. Fondun orqanları və və vergi orqanlar bu nəzarəti sığortaedənlərin və sığortaolunanların uçotu qaydasına uyğun həyata keçirəcəklər.
Vergilər Nazirliyinə yeni - SƏLAHİYYƏT VERİLİB
08:16
15 İyul 2019