Vergilər Nazirliyi “Vergi dərsi” adlı yeni layihəyə başlayır.
FED.az xəbər verir ki, Nazirliyin yaydığı məlumatda bildirilir ki, elektron təhsil metoduna əsaslanan həftəlik rubrikada vergilərlə bağlı məsələlər tədris olunacaq. Tədris “vergiler.az” saytı vasitəsi ilə veriləcək.
Eləcə də bax: Vergilər Nazirliyinin yenilənmiş internet saytı - İSTİFADƏYƏ VERİLİB
«Artıq ödənilmiş 1 milyon manat vergini geri qaytarmışam» – VERGİ EKSPERTİ
“Vergi dərsi”ndə vergi sahəsi ilə bağlı mövzular aydın, sadə və izahlı formada təqdim olunacaq. Seçilmiş mövzular Vergilər Nazirliyinin Tədris Mərkəzinin baş müəllimi Fariz Yadigarov tərəfindən izah olunacaq. Rubrikada mövzular vergi barədə ilkin biliklərdən başlayaraq bu sahədə bütün istiqamətləri mərhələli şəkildə əhatə edəcək. Vergi sistemini dərindən öyrənmək istəyən vergi ödəyiciləri, tələbələr və digər maraqlanan şəxslər bu rubrika vasitəsilə daha praktik biliklərə yiyələnəcəklər.