Vergilər Nazirliyi (VN) aparatında struktur vahidinə daxil olan bir çox departamentlər dəyişdirlərək baş idarəyə çevrilib. Bundan əlavə Aksizli mallarla iş şöbəsi ləğv edilib.
FED.az bu barədə Banker.az-a istinadən xəbər verir.Aşağıda göstərilən adı dəyişdirilən baş idarələr bundan öncə departament adlandırılırdı:
Eləcə də bax:Prezident Vergilər Nazirliyi ilə bağlı Sərəncam imzaladı - Departamentlər ləğv edildi
- Sənədlərlə iş və müraciətlərə baxılması (Katiblik) baş idarəsi
- Vergi siyasəti baş idarəsi
- Daxili təhlükəsizlik baş idarəsi
- Vergi auditi baş idarəsi
- İqtisadi təhlil və uçota nəzarət baş idarəsi
- Bəyannamələr və kameral vergi yoxlamalarına nəzarət baş idarəsi
- Dövlət qeydiyyatı baş idarəsi
- Hüquq baş idarəsi
- Vergi ödəyicilərinə xidmət baş idarəsi
- Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsi
- Beynəlxalq əlaqələr baş idarəsi
- Vergi öhdəliklərinin icrasına nəzarət baş idarəsi
- Yerli qurumların fəaliyyətinin əlaqələndirilməsi baş idarəsi
- İnsan resursları baş idarəsi
- Maliyyə baş idarəsi
- Rəqəmsal vergi inzibatçılığı baş idarəsi
- Media və Kommunikasiya baş idarəsi