Vergilər Nazirliyinə vergi borcuna görə Bakı şəhərində vergi ödəyicisinə məxsus iki əmlakı hərraca çıxarıb.
FED.az nazirliyə istinadən xəbər verir ki, vergi ödəyicisi “Sabunçu Sənaye İstehsal” ASC-yə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Bakıxanov ŞTQ, Bəşir Bünyadov küçəsi, ev 11 ünvanında yerləşən iki inzibati binaya 183,767 min manat və 337,089 min manat qiymət qoyulub.
Binaların ilkin hərrac qiyməti də 183,767 min manat və 337,089 min manat məbləğində dəyərləndirilib. Hərracda iştirak etmək istəyənlər əmlaklara görə müvafiq olaraq 9188,35 manat və 16854,45 manat beh verməlidir.