Bu gün vergilər naziri Mikayıl CabbarovAzərbaycanda fəaliyyət göstərən sahibkarlarla görüşüb.
FED.az xəbər verir ki, görüş Bakıdakı otellərdən birində təşkil olunub.
Görüşdə Azərbaycan Sahibkarlar Konfederasiyasına (ASK) daxil olan iri istehsal müəssisələrinin, Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) üzvləri, audit şirkətlərinin, bankların rəhbər şəxsləri, eləcə də assosiasiya rəhbərləri - təqribən, 120 nəfər iştirak edib.