“Prezident İlham Əliyev “kölgə iqtisadiyyatı”nı böyük bəla adlandırıb”.
FED.az xəbər verir ki, bunu Bakıda keçirilən "Kölgə İqtisadiyyatına Qarşı Mübarizə - İqtisadi İnkişafın Mühüm Amili kimi" adlı konfransda vergilər naziri Mikayıl Cabbarov deyib.
Eləcə də bax: Kölgə iqtisadiyyatı ilə mübarizədən danışdı
Onun sözlərinə görə, “Kölgə iqtisadiyyatı” investoru hər hansı ölkəyə sərmaye yatırmaqdan çəkindirən 3 əsas amil sırasına daxildir"
“Vergilər Nazirliyi bu il “kölgə iqtisadiyyatı”nın həcmini azaltmağı hədəfləyib: "Gəlirlərini tam şəffaf bəyan etmək istəməyənlər az deyil. Bəzən onların səsi gur çıxır. Amma, bu, müvəqqəti haldır. Qanun qarşısında hamı bərabərdir. Bu, həm yerli, həm də xarici investorlar üçün vacib şərtdir.
Report