Bu ilin yanvar-may aylarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 3 milyard 139,3 milyon manat vergi yığılıb. Nazirlikdən FED.az-a verilən məlumata görə, proqnoza 110,1 faiz əməl olunub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,3 faiz və ya 239,9 milyon manat çoxdur.
Eləcə də bax: "Sahibkarların investisiya layihələrinə verilən güzəştli kreditlərin məbləği - AÇIQLANIB
Ödənilən vergilərin 69 faizi qeyri-neft-qaz sektorunun, 31 faizi neft-qaz sektorunun payına düşüb. Qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmalarının artımı proqnoza nisbətən 13,8 faiz, əvvəlki ilin eyni dövrü ilə müqayisədə isə 16,1 faiz (299,7 milyon manat) təşkil edib.
Məlumata görə, cəmi vergi daxilolmalarında qeyri-dövlət sektorunun xüsusi çəkisi 76,8 faizə yüksəlib:
“Qeyri-neft-qaz sektorunun özəl bölməsındən vergi ödəmələri 17,6 faiz artıb, onun qeyri-neft-qaz sektorundan vergi daxilolmalarda xüsusi çəkisi 77,3 faizə, cəmi vergi daxilolmalarında xüsusi çəkisi 53,3 faizə çatıb”. Bundan başqa, məlumatda qeyd olunur ki, 2019-cu ilin yanvar-may aylarında regionlardan vergi daxilolmaları 18,6 faiz artıb və regionların ümumi vergi daxilolmalarında xüsusi çəkisi 9,8 faizə yüksəlib.
Vergi yığımları proqnozları 240 milyon manat - ÜSTƏLƏYİB
12:05
1 İyul 2019