Azərbaycanda vergi qanun vericiliyinə yenə də dəyişiklik olacaq. FED.az xəbər verir ki, bunu Avropa İttifaqı (Aİ) - Azərbaycan biznes-forumunda çıxış edən Vergilər naziri Mikayıl Cabbarov deyib.
Eləcə də bax: “Binə” və “Sədərək”də mallar sənədsiz satılırdı - VERGİLƏR NAZİRLİYİ
Onun sözlərinə görə, 2020-ci ildə böyük dəyişikliklər olmasa da, amma müəyyən mövzularda vergi qanunvericiliyinə dəyiikliklər olacaq: "Bu dəyişikliklər ötən illər müzakirə apardığımız və növbəti ilə nəzərdə tutduğumuz dəyişikliklərdir. Bunlar əsasən texniki dəyişikliklərdir".
Eləcə də bax: Bu gün Milli Məclisdə - İQTİSADİ QANUNLAR DƏYİŞİR – SİYAHI
Nazir həmçinin qeyri-şəffaf rəqabətin mövcudluğunun vergi daxilolmalarına mənfi təsir etdiyini qeyd edib: "Xatırlayırsınızsa 2018-ci ili keçid ili elan etmişdik. 2019-cu ilin isə I yarısı sona çatır. Onu demək istəyirəm ki, vergi qanunvericiliyi üzrə pozuntularla bağlı Vergilər Nazirliyinin mövqeyində sərtləşmə olacaq. Haqsız rəqabət və qanunvericiliyin pozulması hesabına vergilərin ödənilməməsi siyasətini biz dəstəkləmirik. 2019-cu ilin 5 ayı üzrə bağlanan əmək müqavilələrinin sayı 96,1 min olub. Bu artımın əksəriyyəti, 66 mini qeyri-dövlət sektorunun payına düşüb".
@FED.az, @report.az
Vergi qanunvericiliyi yenə dəyişəcək - "MÖVQEYİMİZ SƏRTLƏŞƏCƏK"
12:11
13 İyun 2019