Gələn il yanvarın 1-dən vergi ödəyicilərinin e-taxes.gov.az portalındakı şəxsi elektron kabinetlərindən istifadəsi yalnız gücləndirilmiş elektron imza ilə mümkün olacaq.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) FED.az-a bildirilib ki, vergi ödəyiciləri əməliyyatlar üçün gücləndirilmiş elektron imza əldə etməlidir. “ASAN İmza” sertifikatı almaq üçün vergi ödəyiciləri istənilən mobil şəbəkə operatorundan aldığı biznes tipli “ASAN İmza” mobil SİM kartı və şəxsiyyəti təsdiq edən sənədlə birgə KOB evlərinə də müraciət edə bilərlər.
"ASAN İmza” mobil SİM kartını KOB evlərində xidmət göstərən mobil operatorlara müraciət etməklə də əldə etmək olar.