Vergi ödəyicilərinin sayı baxımından regionlarla Bakı şəhəri arasında ciddi fərqlər mövcud deyil. Bəs vergi daxilolmalarında fərqin böyük olmasının səbəbi nədir? Regionların potensialı vergi daxilolmalarında necə dəyişir?
Eləcə də bax: Yeni kassaların pulunu kim verəcək – SAHİBKAR, YOXSA DÖVLƏT? – RƏSMİ İZAH
FED.az xəbər verir ki, qeyd olunan suallara Vergilər Nazirliyinin İqtisadi təhlil və uçota nəzarət departamentinin baş direktoru Natiq Şirinov bu suala aydınlıq gətirərək bildirib ki, qeyd olunan məsələdə vergi ödəyicilərinin sayının müqayisəsindən daha çox Bakı şəhərində və regionlarda fəaliyyət göstərən vergi ödəyicilərinin strukturuna nəzər yetirilməlidir. Vergi qanunvericiliyinin tələbləri baxımından iri vergi ödəyiciləri, xüsusi vergi rejimində fəaliyyət göstərən vergi ödəyiciləri, təbii inhisar subyektləri Bakı şəhəri Milli Gəlirlər Departamentində cəmlənib: "Ona görə də bu sektor üzrə regionlarla müqayisədə paytaxtda vergi daxilolmaları daha çox olur. Lakin regionlara ayrılan investisiyaların özü də ərazi vergi orqanları üzrə daxilolmalarda ciddi artımlarla müşahidə olunur. Məsələn, 2018-ci ilin daxilolmalarla bağlı göstəricilərini 2017-ci illə müqayisə etsək, görərik ki, ötən il regionlardan vergi daxilolmalarında 14 faiz artım qeydə alınıb. Bu ilin ilk 4 ayının göstəricilərini ötən ilin 4 ayının müqayisə etdikdə isə artım 24 faiz təşkil edir. Yəni bölgələrdə daha çox mikro, kiçik və orta sahibkarlıq subyektləri fəaliyyət göstərsə də, regionların vergi daxilolmalarındakı payında artım müşahidə olunur".
Vergi daxilolmalarında regionların payı - ARTIR
12:21
10 İyul 2019