Bu gün Türkiyənin "Demirören Holding"inin Təsisçisi və İdarə Heyətinin sədri Erdoğan Demirören 79 yaşında müalicə aldığı xəstəxanada vəfat edib.
FED.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Erdoğan Demirörenin Türkiyə ilə bərabər Azərbaycanda da sərmayəsi olduğu üzə çıxıb.
"Hürriyyət" qəzeti yazır ki, "Demirören Holding", Azərbaycanda da ən böyük neft paylama şirkəti "Azpetrol"u və ən iri ağır sənaye fabriklərindən "Azereleltroterm"i də alıb.
“Azpetrol” şirkəti keçmiş iqtisadi İnkişaf naziri Fərhad Əliyev və onun qardaşına məxsus idi.
Erdoğan Demirören iş həyatına avtomobil ehtiyat hissəslərinin satışı ilə başlayıb. Sonradan qaz işinə başlamış Demirören LPG sayəsində zəngin olmuşdur. "Milangaz", "Likidgaz" ve "Mutfakgaz" kimi markalar "Demirören Grubu"na məxsusdur.
"Demirören" media sahəsində də fəaliyyət göstərir. "Milliyyət" Qəzeti və "Vətən" qəzetinin sahibi olan "Demirören" qrupu, son olaraq da "Doğan Medya" Qrupunu da tamamilə satın almışdır.
“Azpetrol” şirkəti hələlik bu məsələyə münasibətini açıqlamayıb