Naxçıvan Ali Məclisin üzvü, prorektor və iş adamı Seymur Talıbovun holdinqi daha iki şirkət təsis edib.
Eləcə də bax: Azərbaycan holdinqlərini tanıyaq - "CAHAN HOLDİNQ"
FED.az “Turan”a isitnadən x\b\r verir ki, “Nəqşicahan Group” şirkətlər ittifaqı bu ilin aprel ayında iki şirkət yaradıb (“Nəqşicahan İnşaat” MMC və “Nəxşicahan Holdinq Ltd Şirkətlər Qrupunun “N.P.-4” MMC).
Bu şirkətlərin təsis edilməsi ilə bağlı informasiya İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin çap orqanı vasitəsilə yayılıb.
Beləliklə, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun oğullarından birinə məxsus bu qrupa birbaşa və ya dolayı ilə daxil olan hüquqi şəxslərin sayı 35-ə çatıb.
Xatırladaq ki, “Nəxşicahan” və “Nəqşicahan” firma adı ilə şirkətləri birləşdirən holdinqə Naxçıvan Muxtar Respublikasında və Bakıda otel müəssisələri, restoran və kafelər, istirahət və əyləncə obyektləri, yanacaqdoldurma stansiyaları, ticarət, sənaye obyektləri və tibb klinikası daxildir.
Şirkətlər qrupu 30 yaşlı Seymur Talıbova məxsusdur. S.Talıbov Naxçıvan MR-nın Ali Məclisinin üzvü, Naxçıvan dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru və Azərbaycan Şahmat Federasiyasının vitse-prezidentidir.