Azərbaycanlı iş adamı Vahid Ələkbərova məxsus “Lukoil” şirkətinin səhmlərinin dəyəri artaraq tarixi maksimumuna qalxıb. FED.az xəbər verir ki, Moskva birjalarında şirkətin bir səhminin nominal dəyəri 3,86% artaraq 3 tilyon 879,5 rus rublu (12.01.2018-ci ilə olan məzənnə ilə 68,6 dollar) olub. Şirkətin kapitalizasiyası isə hazırda 3 trilyon 317 milyard rubl təşkil edir. Bu da ABŞ dolları ilə ifadədə 60 milyard dollar deməkdir.
Şirkətin səhmlərinin bahalaşmasına səbəb onun gəlirlərinin artması və nəticədə digər səhmdarlardan səhmləri geri almaq addımı ilə bağlıdır.
Qeyd edək ki, hazırda səhmlərin 16,18%-i "Lukoyl"un törəməsi olan "Lukoil Investments Cyprus Ltd"a məxsusdur. Onların böyük hissəsi Lukoil ConocoPhillips-dən alınmış səhmdir. Hazırda Ələkbərov şirkətin səhmlərinin 24,8% -nə, vitse-prezidenti Leonid Fedun 9,78%-nə malikdir. Ələkbərovun sözlərinə görə, səhmlərin geri qaytarılmasından sonra isə onlar müvafiq olaraq təxminən 30% və 10%-ə sahib olacaqlar.
Vahid Ələkbərovun şirkətinin səhmləri tarixi maksimuma çatdı
16:59
12 Yan 2018