Moskva “Spartak”ının həmsahibi Leonid Fedun və şəriki, “LUKoil” neft-qaz şirkətinin rəhbəri və həmsahibi Vahid Ələkbərov neftin qiymətinin və rublun məzənnəsinin düşməsi səbəbindən 3 milyard ABŞ dollarından çox zərərə düşüblər.
FED.az məlumat verir ki, bu barədə “Forbes” xəbər verir.
Mənbənin məlumatına görə, Vahid Ələkbərov 2,1 milyard ABŞ dolları itirib, Fedunun itkisi isə 904 milyon ABŞ dolları təşkil edib. Hazırda onların sərvəti müvafiq olaraq 19,9 və 8,3 milyard ABŞ dolları məbləğində qiymətləndirilir.
Rusiya və OPEK ölkələri arasında razılaşmanın pozulması neftin qiymətinin düşməsinə səbəb olub. Tərəflər neftin hasilatı haqqında razılığa gələ bilməyib.
Report