Məşhur milyardçı Uorren Baffetə məxsus olan «Berkshire Hathaway» şirkəti 2020-ci ildə Yaponiya səhmləri yatırım etməyi qərara almışdı. Şirkət Yaponiyada biznes mərkəzlərin inkişafına 6 milyard dollar investisiya edib. Artıq indi həmin yatırımların qiyməti 8 milyard dollara yüksəlib.
Eləcə də bax: Baffet 2021-ci ildə cəmi 5 səhmdən - 17 MİLYARD DOLLAR QAZANIB
«Bu müddətdə biznes mərkəzlərinin öz səhmləri isə 30% bahalaşıb» - deyə «Bloomberg» xəbər verir.
Ümumilikdə Baffet ötən il Yaponiyada 5 şirkətin səhmlərini alıb. Bunlar: Itochu, Marubeni, Mitsubishi, Mitsui & Co. və Sumitomo-dur. Yeri gəlmişkən, Baffet əksər investorlar üçün etalon (istiqamət verən) olsa da, investorların əksəriyyəti bu səhmləri almaqdan çəkinmişdilər.
Maraqlırdır ki, Uorren Baffetin özü də yapon şirkətlərinin səhmlərin alanda risk etmişdi. Məsələ bundadır ki, milyardçı səhmləri alanda ölkədə hakimiyyət yeni dəyişmişdi, ölkəyə uzun müddət rəhbərlik edən baş nazir Sindzo Abe vəzifəsini tərk etmişdi. Həmin vaxt başqa investorlar bu vəziyyətdən çəkinərək səhmlərini satmağa çalışırdılar.
«Berkshire Hathaway» isə artıq Yaponiyadakı biznes-mərkəzlərdəki səhm portfelini 9,9%-ə yüksəltmək niyyətindədir.