24 may 2024-cü il tarixdə, saat 11:00-da “Unicapital İnvestisiya Şirkəti” ASC səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, Bakı şəhəri, Rəşid Behbudov 55 ünvanında yerləşən “Unibank”ın Baş ofisində məsafədən baş tutacaq.
Yığıncaqda "Unicapital İnvestisiya Şirkəti" ASC-nin investisiya qiymətli kağızlarının emitenti olaraq 2023-cü il üzrə illik hesabatı, 2023-cü il üzrə kənar auditor tərəfindən təsdiq edilmiş maliyyə hesabatları və digər məsələlər müzakirə ediləcəkdir.