Azərbaycanda iki şirkət ləğv edilir.
Azərbaycanda kargo şirkəti - LƏĞV EDİLİR
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, “Umico” MMC və “Umico Overseas” MMC ləğv olunduğunu elan edir.
“Umico” MMC-də kreditorlar iki ay ərzində tələblərini AZ1010 Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti küçəsi, ev 153 ünvanına bildirə bilərlər.
“Umico Overseas” MMC-də isə kreditorlar iki ay ərzində tələblərini AZ1009 Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, ev 16, mənzil 5 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, nizamnamə kapitalı 10 min manat olan “Umico” MMC 2019-cu ildə yaradılıb və qanuni təmsilçisi Dəyanət Sədullayevdir.
“Umico Overseas” MMC 2021-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 60 100 manatdır və qanuni təmsilçisi Xəyal Bağırovdur.