Bizim qarşımızda duran əsas hədəfimiz dəyişkən biznes mühitində stabil qalmaqdır.
"Sığorta bazarının böyüməsi üçün islahatlara ehtiyac var"
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri Bakıda keçirilən "Global CEO Summit 2026"da PAŞA Həyat Sığorta şirkətinin baş icraçı direktoru Ülviyyə Cabbarova deyib.
O, qeyd edib ki, bununla bağlı işçilərin və şirkətin davamlı inkişafını təmin etməyə çalışılır.
"Ümumiyyətlə, hazırda innovasiyaların tətbiq olunmadığı şirkət tapmaq demək olar ki, mümkün deyil. Şirkətdə innovasiyaya dəstək olan mühit yaratmaq lazımdır. Komanda üzvü səhv buraxanda cəzalandırılacaqsa, bu, əks təsirə malik olar. Digər bir məsələ odur ki, şirkətdə kifayət qədər bacarıq kadrlar olmalıdır ki, ənənəni məsələlərə yeniliklər gətirsin", - deyə direktor əlavə edib.












