Ukraynanın məhşur metallurgiya şirkəti "Metinvest" Azərbaycan bazarına daxil olub.
Eləcə də bax: Almaniyanın məhşur şirkəti Azərbaycan bazarına - DAXİL OLUR
FED.az xəbər verir ki, "Metinvest"in Azərbaycandakı filialı olan "Metinvest" MMC Bakı şəhəri Nəsimi Rayonu, Rəşid Behbudov ev.46 m.20-də qeydiyyata alınıb.
Şirkətin qanuni təmsilçi Sultanova Ellada Tərlan qızıdır.
Qeyd edək ki, Metinvest beynəlxalq mədən və metallurgiya şirkətidir. Qrupun strukturuna Ukrayna, Avropa Birliyi və ABŞ-dakı mədən və metallurgiya müəssisələri daxildir. “Metinvest”in satış ofisləri və xidmət mərkəzləri şəbəkəsi 80-dən çox ölkəni əhatə edir