Ukrayna bazarlarında Azərbaycana məxsus şərab məhsullarının çeşidi genişləndirilir.
FED.az xəbər verir ki, bu barədə Ukraynada fəaliyyət göstərən “Tovuz-Vino” şirkətinin rəhbəri Elimxan Mahmudov məlumat verib.
Onun sözlərinə görə, yaxın vaxtlarda Azərbaycanın daha bir “Qarabağ” brendli şərabı Ukrayna bazarında satışa çıxarılacaq. Artıq Ukrayna bazarlarında Azərbaycan şərabları öz yerini möhkəmləndirib.
Azərbaycanın əfsanəvi “Ağdam” şərabı, “Şuşa” konyakı Ukraynanın bazarlarında satışa çıxarılıb. Bu məhsullar “AŞAN”, “NOVOS” “MEQA” hipermarketlərində, SOCAR-ın yanacaqdoldurma məntəqələrindəki marketlərdə satışa çıxarılıb.
Qeyd edək ki, artıq Azərbaycana məxsus 50-yə yaxın adda şərab və spirtli içki məhsulları Ukraynanın iri ticarət obyektlərində satışa çıxarılıb.