27 noyabr 2020-ci il saat 17.00-da Balakən şəhəri, R.Səmədov küçəsi 20 nömrəli ünvanda “Cederovtala Tütün” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.
FED.az xəbər verir ki, ümumi yığıncağın gündəliyinə aşağıdakılar daxildir:
1. Cəmiyyətin sədrinin 2019-cu ilin maliyyə - təsərrüfat hesabatı.
2. İllik balansın təsdiqi.
3. Müəssisənin ləğvi.
4. Digər məsələlər.
Yığıncağın gündəliyi üzrə materiallarla yuxarıda qeyd edilən ünvanda tanış olmaq mümkündür.
Əlaqə telefonu-050 534 05 90.
Qeyd edək ki, “Cederovtala Tütün” ASC 22 fevral 2012-ci ildə 22 min 616 manat nizamnamə kapital ilə yaradılıb. Şirkətin qanuni təmsilçisi Yusif Göylərov Şahruddin oğlu, hüquqi ünvanı Balakən Rayonu, Cederovtala kəndidir.