Türkmənistanda 20-yə yaxın sahibkara internetdən istifadə etmək qadağan edilib.
Eləcə də bax: Vladimir Putin mobil telefon istifadə etmədiyini - Açıqlayıb
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, Fərap və Dərqanat rayonlarında yaşayıb toy şənliklərinin foto və video çəkilişlərini edən iş adamları yeni qaydalara uyğun olaraq, 2025-ci ilə qədər internetdən istifadə edə bilməyəcəklər.
Bu cür tədbirlər həmçinin Türkmənabad şəhərində və Çarjevski rayonunda yaşayan ən azı 22 nəfərə şamil olunub.
Sahibkarların sözlərinə görə, hüquq-mühafizə orqanları öz hərəkətləri ilə Türkmənistan prezidenti Qurbanoğlu Bərdiməhəmmədovu tənqid edən məlumatların yayılmasını məhdudlaşdırmaq istəyirlər.
“Bizə qarşı irəli sürülmüş ittihamlar əsassız olsa da, Daxili Təhlükəsizlik Departamentinin təqibindən qorxduğumuz üçün heç yerə şikayət etməmişik”, – deyə məhkumlardan biri söyləyib.
Xatırladaq ki, daha əvvəl ABŞ-da “Mycelium Mesh” layihəsinin fəalları internet provayderlərindən asılı olmayan simsiz şəbəkənin sınaqlarına başlanıldığını açıqlayıblar.