Türkiyənin məşhur tikinti şirkəti «Hedef Yapı» borclarını ödəyə bilməyəcəyini elan edərək müddətin uzadılması və möhlət verilməsi üçün məhkəməyə müraciət edib. FED.az xəbər verir ki, Türkiyənin iş dünyasında bu konkordato adlanır.
ELƏCƏ DƏ BAX: Azərbaycanda «konkordato» – BORCU LƏNGİTMƏK OLARMI?
1997 ildən qurulan «Hedef Yapı» Türkiyənin məşhur layihələrinin - Çamlıca Məscidi, İstanbul Atatürk Havalimanı, Akasya Alver Mərkəzi və Adana Hilton-un tikintisində iştirak edib.
FED.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, şirkətin İstanbul Anadolu 1. Asliye Ticarət Məhkəməsindən çıxan 2018/1179 saylı qərara görə, şirkətə üç aylıq möhlət verlib. «Hedef Yapı»nın rəhbəri Fatih Kalpakçının bunula bağlı açıqlama verməyib.
Qeyd edək ki, şirkət indiyədək böyük layihələrə imza atıb. Bunlara «Akasya Ticarət Mərkəzi və Mənzil», «Dünya Ticarət Mərkəzi», «Archer Tekkesi», Bakı-Tiflis-Ceyhan neft Kəməri, İstanbul Atatürk Havalimanı, Sabancı Universiteti və Adana Hilton –u misal göstərmək olar.
ELƏCƏ DƏ BAX: «250 min dollara otel satırıq» - MÜSAHİBƏ