Azərbaycanda Türkiyə istehsalı olan məktəbli geyimləri Bakı Tikiş Evinin geyimlərdən daha ucuz satılır.
FED.az-ın məlumatına görə, qiymət fərqi 45%-dən başlayır və 2 dəfəyədək çatır. Məsələn, “İlin 5 fəsili” mağazasında Türkiyənin “Çetin” şirkətinin istehsalı olan məktəbli şalvarı 11 manata təklif edilir. “Ucuzluq” mağazasında isə yerli istehsal məktəbli şalvarı 15,60 manata sartışa qoyulub.
Türkiyədən idxal edilmiş köynəklər 6-10 manat civarında qiymətlərə satılır. Yerli istehsal məktəbli köynəkləri isə 13-15 manat civarındadır.
Lirənin Dollar və Manat qarşısında ucuzlaşması Türkiyə istehsalçılarına xarici bazarlarda endirimlər etməyə imkan verib. Əgər bir il əvvəl 1 Türk Lirəsi təxminən 50 qəpik təşkil edirdisə, bu gün 28 qəpikdir (Lirə Manat qarşısında 44% ucuzlaşıb).