Türkiyədə 50 mağazası olan Beta Ayaqqabı məhkəməyə müraciət edib. FED.az xəbər verir ki, Türkiyənin məhşur markası olan “Beta Ayaqqabı” 1980-ci ildə yaradılıb və 1985-ci ildə ilk mağazasını açıb. Qeyd edək ki, şirkətin hazırda 400 nəfər işçisi var və il ərzində 1 milyona yaxın müştəriyə xidmət göstərir.
Şirkətin konkordato (müflisdən xilas olmaq üçün maliyyə vəziyyətini yenidən quraraq vəziyyətini yaxşı edərək iflasdan qutarmasını və həmin vaxt da digər ödəmələrdə müəyyən bir azalma üçün məhkəmə razılığı ilə tərəflər arasında bir razılaşmadır) etməsinin səbəbi 6 ay öncə fabrikində baş verən yağın olmuşdur ki, bu zaman şirkətə böyük məbləğdə ziyan dəyib.
Şirkət məhkəməyə müraciət edərək maliyyə vəziyyətini düzəldənə qədər, vergi, bank və digər şirkətlərə ödəyəcəyi məbləğlərdə müəyyən zaman müddətdə ödəmələrdə azalma icazəsi istəyib.
Türkiyənin məhşur şirkəti – MÜFLİS OLUR

15:38
21 Sen 2018