Türkiyənin məhşur Özsüt restoranlar şəbəkəsi Azərbaycanda xidmət coğrafiyasını genişləndirməsi istiqamətindəki işlərini uğurla davam etdirir. Belə ki, Azərbaycanda qısa müddət ərzində brendə çevrilən Özsüt restoranını Xırdalan şəhəri Həzi Aslanov 3 (Misir parkının yaxınlıqında) ünvanında yerləşən yeni restoranı faliyyətə başlayıb. Artılq bundan sonra Xırdalan və Abşeronda yaşayan Özsüt sevən insanların paytaxt Bakıya gəlməsinə ehtiyac yaramayacaq, öz ailələri ilə, sevdikləri ilə, tost-tanışları ilə istənilən vaxt sözü gedən məkana üz tuta biləcəklər.
FED.az xəbər verir ki, Xırdalanda yeni açılmış Özsüt restoranında istənilən kefiyyətli yemək, şirniyyat, sipirtsiz içki çeşidlərinə rast gəlmək olar. Restoranda müştərilərə səliqəli və peşəkar xidmətlər göstərilir. Qiymətlər müştərinin bücəsinə uyğundur.
Məkana üz tutmaq istəyən müştərilərin diqqətinə!
Öncədən rezervasiya etmək üçün aşağıda qeyd olunan nömrə ilə əlaqə saxlaya bilərsiniz.
Tel: (+99450) 444 76 64
Qeyd edək ki, Özsüt 1938-ci ildə Türkiyənin İzmir şəhərində Sefer Urlulu tərəfindən faliyyətə başlayıb. Urlulu Kemeraltıda Özsüt Muhallebicisi adı ilə 16 m2-lik bir mağazada südlü desertlər istehsal edirdi. 1983-cü ildə Urlulu vəfat etdikdən sonra Urlulu ailəsi öz işçiləri olan Toprak ailəsi ilə bir şirkətə çevrildi.
İkinci Özsüt şöbəsi 1991-ci ildə Alsancakda, üçüncüsü isə 1993-cü ildə Karşıyakada açılmışdır 1996-cı ildə françayzinq metodu tətbiq olunmağa başlandı. 2000-ci ilə qədər on altı filial əldə edildi 2014-cü ildə Özsütun sahibi STP Gıdanın 70%-i Infinity Invest Holdinqə satıldı. 2018-ci ilin oktyabr ayına olan məlumata görə, Özsüt Türkiyənin qırx altı vilayətində yüz səksəndən çox filialı və Azərbaycanda dörd filialı ilə xidmət göstərir.
2019-cu ildə Sefer Urlulunun oğlu İbrahim Urlulu yenidən rəhbərliyi öz üzərinə götürdü. Özsüt Restoranlar şəbəkəsin bundan sonra faliyyətin daha da genişləndirdi, istər dünyada istərsə də Azərbaycanda daha böyük şəbəkələrə sahib oldu, hal-hazırda sözü gedən brendin gəlirləri ən yüksək həddədir.