190 ölkədə 32 milyon müştərisi olan İngiltərənin Bupa sağlıq qrupu Türkiyənin tibbi sığorta sahəsində ikinci ən byöük şirkəti olan «Acıbadem Sigorta»nı satın alıb.
FED.az xəbər verir ki, 5 il əvvəl «Acıbadem Sigorta» Malayziyanın investisiya Fonduna satılmışdı. İndi isə 2002-ci ildən şirkətlə əməkdaşlıq edən ingilis qrupu Türkiyədəki əməliyyatlarını böyütmək üçün şirkəti satın alıb.
Şirkətin satış qiyməti açıqlanmasa da, məlumdur ki, «Acıbadem Sigorta» 2017-ci ildə 600 min nəfərə xidmət göstərib və 913 milyon TL gəlir əldə edib.