Türkiyənin məşhur balıq və dəniz məhsulları şirkəti «Agromey Qrup»u müflis olmaq həddindədir. FED.az bildirir ki, Türkiyə İxracatçılar Məclisinin məlumatlarına görə ölkədə dəniz məhsullarının ən böyük 5 ixracçısından biri, balıq və yem istehsal ilə məşğul olan Agromey qrupu 2 şirkətiylə birlikdə məhkəməyə müraciət edərək konkordato tələb edib.
İzmir 2. Asliye Ticarət Məhkəməsinə müraciət edən Agromey qrupuna öz fəaliyyətini davam etdirmək üçün gələn ilin 15 noyabr tarixinə qədər müvəqqəti müddət verilib və 2 məsləhətçi təyin edilib. Konkordato iddiasının mühakimə olunması üçün 15 fevrala qədər müddət verildiyi halda, kreditorlara 7 gün apellyasiya şikayət üçün müddəti verildi.
İLDƏ 70 MİLYON DOLLAR İXRACATI VAR
Aydın / Umurlu və İzmir / Karaburun'da olan müəssələrdə təzə soyudulmuş və ya dondurulmuş balıq istehsal edən şirkət, balıq yetişdirməsi ilə yanaşı, Torbalı ərazisindəki yem fabrikində də istehsal etdiyi yemləri öz müəssisələri və digər istehsalçılarına tədarük üçün istifadə edir.
İSO 500 sıralaması içindəki şirkət Türkiyə ixracatçı Məclisi (TİM) sıralamasında da ilk 1 000 ixracatçı içərisində yer alır. 2014-cü ildə "Agromey" 2014-cü ildə 35-ci yerdə olrkən, 2017-ci ildə 227-ci yerdə möhkəmlənib.
Sektorun ən böyük 5 ixracçılarından biri olan «Agromey», keçən il TİM məlumatlarına görə 68 milyon 870 min dollar ixrac etdi və internet saytındakı məlumatlara görə illik 18 min ton levrek və çipura istehsal gücü ilə Türkiyədəki ən böyük istehsalçılardan sayılır.
KONKORDATO NƏDİR?
Konkordato Türkiyənin son dövrdə ən çox eşitdiyi söz halına gəldi. Qısaca şirkətlərin pul axınını idarə edə bilmədikləri üçün kreditorlarla razılaşıb borcunu bir ödəniş təqviminə bağlamaq üçün istifadə olunan konkordato şirkətlərin iflastan əvvəl müraciət etdiyi hüquqi bir yoldur.