Son zamanlar vətəndaşlar arasında online qaydada Türkiyədən geyim almaq olduqca populyarlaşıb. Bəs Türkiyədən online qaydada geyim almağı sərfəli edən nədir? Bu sualın cavabını FED.az-a Türkiyədən online qaydada ölkəmizə sifarişlər gətirən AZEX şirkətinin mütəxəssisləri cavablandırıb.
Eləcə də bax:«Bakıda 100-150 manata olan geyimi Türkiyədən 20-30 manata gətiririk» - MÜSAHİBƏ
Şirkət rəsmisinin sözlərinə görə, bəzi məhsullar elə Bakıda da mollarda satılır, amma daha yüksək qiymətə. “Baxın molldan geyim alanda siz həm malın, həm mağazanın icarə haqqının, həm burada çalışan işçilərin maaşı və bu malın Bakıya daşınması xərclərini ödəmiş olursunuz. Yəni mağaza sahibinin büğün xərcləri vətəndaşın cibindən çıxır.
Ona görə də eyni malın qiyməti Bakıda Türkiyəyə nisbətən xeyli bahadır. Bizim idmət vasitəsilə isə malı birbaşa Türkiyədən, anbardan almaq mümkün oduğuna görə, bu müştərilərin öz büdcələrinə qənaət etməsinə imkan verir”-deyə AZEX şirkətinin rəsmisi bildirib.
Bakıda mollarda və Türkiyədən alınan malların qiymətlərində nə qədər fərq olur?
“Belə deyək, baxın, bizim əməkdaşlar Bakıdakı «US POLO» mağazasında 100-150 manata olan köynəyi Türkiyədən 20 manata, burada 130 manata deyilən şalvarı isə Türkiyədən cəmi 30 manata alıblar. Bakıda «LC Waikiki»də 20 manata satılan köynəyi isə saytdan 3 manata almaq olub. Kobud desək, Bakının mollarında satılan malları Türkiyədən «Sədərək-Binə» qiymətinə almaq olur”-deyə şirkətin rəsmisi bildirib.