Vaxtilə Türkiyənin məşhur biznes imperiyalarından biri olan Uzan ailəsi Türkiyə hökumətinin qurumlarını, Türkiyənin və dünyanın iri şirkətlərini məhkəməyə verib.
Azərbaycan şirkəti Türkiyə mallarının - Avropaya Nəqlinə Başlayıb
FED.az xatırladır ki, nəhəng məbləğdə – 68 milyard dollar həcmində olan iddia Uzan ailəsinin başçıları olan qardaşlar - Cem Cengiz Uzan və Murat Hakan Uzan tərəfindən qaldırılıb.
Uzan ailəsi Motorola və Vodofon kimi iri şirkətlərin də daxil olduğu qrupa qarşı 68 milyard dollarlıq iddia qaldırıb. Fransada qaldırılan mülki iddia 2004-ci ildə şirkətin aktivlərinin qanınsuz həbs edilməsinə görə qaldırılıb.
Fransada yaşayan ailə başçısı Cem Cengiz Uzanın adından qaldırılan iddiada Motorola ilə yanaşı, dünyanın investisiya nəhəngi olan «BlackRock» da var.
Ailə öz iddiasında həm vaxtilə onlardan «fırıldaq yolu ilə» alınan aktivləri, həm də bu əmlakın onlardan alınması səbəbindən itirilən gəlirləri tələb edir.
İddianın bir hissəsi Türkiyənin Əmanətlərin Sığortalanması fonduna (TMSF) yönəlib. Qardaşlar Fondu «öz səlahiyətlərini həddən artıq pozmaqda» iddiham edirlər.
Xatırladaq ki, Türkiyənin bu fondu bankların və onun sahiblərinin müflis olduğu halda onların aktivlərini götürür.
Uzan ailəsinin iddiasının tarixi 20 il əvvələ gedib çıxır və 50 nəfərdən artıq şəxsi əhatə edir. Buraya TMSF-dan başqa onlarla türk vətəndaşı da aiddir. Uzanın fikrincə, onlar sözləşərək şirkətin ə onun aktivlərinin dövlət tərəfindən ələ keçirilməsində iştirak ediblər.
Qardaşların hər ikisinə – Cem Cengiz Uzan və Murat Hakan Uzana Fransada siyasi sığınacaq verilib. Onlar iddia edir ki, ailənin sahibi olduğu 130-dan artıq şirkətin əmlakı qanunsuz şəkildə ələ keçirilərək müsadirə edilib.
Məsələ bundadır ki, vaxtilə bu ailəyə məxsus olan «İmar bank» qanunsuz əməliyyatlarda ittiham edilərək bağlanıb. Bankı 6 milyard dollar pul yumaqda ittiham edirdilər. Amma qardaşlar bildirir ki, ailənin digər 130 şirkətinin bu bankla əməliyyatı sübut olunmayıb.
Ümumiyyətlə, Uzan ailəsi sözügedən bankın fırıldaqlarda iştirakını inkar edir.
«İmar Bank» müflis olandan sonra TMSF 2004-cı ildə ailənin biznes imperiyasını zəbt edib. Fond bildirib ki, bankın müflis olmasından dövlətə də zərər dəyibvə ailənin əmlakı da bu zərəri qarşılamaq üçün müsadirə edilib. Sonradan fond bu aktivlərin bir hissəsini «BlackRock» şirkətinin də daxil olduğu qrupa satıb ki, bir neçə milyard dollarlıq ümidsiz borclardan bir hissəsini qaytarmaq mümkün olsun.
«Motorola» isə bu prosesə hələ 1998-ci ildə qarışıb. Həmin vaxt ABŞ şirkəti Uzan ailəsinə məxsus olan «Telsim» telekommunikasiya şirkətinə 2 milyard dollar borc verib. Amma sonradan bu şirkət müflis olub.
2000-ci illərin əvvəllərində ABŞ-ın dairə məhkəməsi müəyyən edib ki, «Telsim» şirkəti «Motorola»dan kredit almaq üçün bəzi fırıldaqlara əl atıb. Sonradan «Telsim» 4,5 milyard dollara «Vodafone»a satılıb.
İndi isə Fransada sözügedən iddia qaldırılandan sonra «Motorola» şirkəti elan edib ki, bu iddia vaxtilə «Motorola»nın xeyrinə çıxarılmış qərarın qarşısını almaq məqsədi daşıyır: «Biz Uzan ailəsindən şirkətə çatacaq vəsaitin tamamilə alınması üçün hüquqi prosedurları davam etdirəcəyik». «Vodafone» da iddiada ona yönələn ittihamları rədd edib.
Cem Uzan Türkiyədə qarət, rüşvətxorluq və fırıldaqçılıqla məşğul olan cinayətkar təşkilatın üzvü olmaqda ittiham edilirdi və Fransaya qaçması onu uzunmüddətli həbsdən xilas edib.
Vaxtilə Türkiyə hökuməti Uzan ailəsinin aktivlərini ələ keçirəndə bəz investorlar bunu qanunun aliliyinin qorunması kimi qiymətləndirmişdilər.
Türkiyə isə onun Fransadan alınaraq həbs edilməsinə çalışır, hökumət bildirir ki, Cem Uzanın fəaliyyəti dövlətə böyük iqtisadi zərər vurub. Yeri gəlmişkən, problemlərlə üzləşməmişdən əvvəl Cem Uzan Qərbin elit dairələrində kifayət qədər tanınmış şəxs olub. Britaniya şahzadəsi Çarlzın bioqrafiyası haqqında 2018-ci ildə çıxan kitabda yazılıb ki, Cem Uzan 2000-ci ildə təşkil olunan bir ziyafətdə öz həyat yoldaşının Çarlzla yanaşı oturması üçün xeyriyyə fonduna 200 min funt ödəyib.