Bu ilin səkkiz ayı ərzində Türkiyədə Azərbaycan kapitallı 113 şirkət yaradılıb. FED.az xəbər verir ki, 2017-ci ilin eyni dövrünə nisbətən Azərbaycan investorlarının Türkiyədəki aktivliyi 33% artıb. Bu barədə Türkiyə Palatalar və Birjalar Birliyi (TOBB) məlumat verib.
Yeni yaradılan şirkətilərə ilkin kapital ödənişi bu ilin əvvəlinə 40,4 milyon türk lirəsi olub. Bunun 92 faizi (37,2 milyon YTL) Azərbaycandan daxil olub. 2017-ci ilin 8 ayı ərzində Azərbaycandan olan investorlar 85 yeni şirkətin kapitalına 13,7 milyon YTL qoyub.
turan.az