Türkiyədə 2019-cu ilin ilk altı ayı üzrə Təxmini Media və Reklam İnvestisiyalarının həcmi açıqlanıb. Ümumilikdə media investisiyaları ilin ikinci yarısında 2018-ci ilin eyni dövrünə görə 3,8% düşərək 4,3 milyard TL olub.
FED.az “Deloitte”nin məlumatlarına istinadən xəbər verir ki, investisiyaların 25%-ni təşkil edən, reklama xərclərən vəsaitləri də daxil etdikdə bu rəqəmin 5,4 milyard TL-yə yüksəldiyini görürük.
Eləcə də bax: Azərbaycanda KİV-lərin reklam gəlirləri - 3 DƏFƏ AZALIB
Ən böyük pay televiziyada, ən sürətli azalma isə ənənəvi mediada
İlk altı aylıq məlumatlara görə, media investisiyalarında ən böyük pay yenə 7%-lik bir itki ilə televiziya olub. 48,1% pay ilə birinci olan televiziyanı isə 31%-lik bazar payı ilə dijital məcra izləyib. Üçüncü sırada 9,1% ilə açıqhava reklamları yer alıb. İlin ilk altı ayında ən böyük azalma isə ənənəvi investisiyalarda müşahidə olunub. Mediaya investisiya isə 30,9% azalaraq, 6,8%-lik bazar payı ilə dördüncü sırada yerini qoruyub.
2019-cu ilin ilk yarısında televiziyalara edilən media investisiyaları 2,083 milyon TL olub, dijital məcralara isə 1,343 milyon TL investisiya edilib.
İlin ilk altı ayında dijital məcaralara edilən investisiyalar 10,8% nisbətində artıb. Media investisiyaları arasında ən böyük paya sahib olan TV investisiyaları 7% azalaraq, açıqhava investisiyaları 1,8% düşərək 395 milyon TL, media investisiyaları isə 30,9% azalma ilə 294 TL, radio investisiyaları isə 5,1% düşərək 157 milyon TL olub. Radionun ümumi media investisiyalarındakı payı 3,6% olub.
2018-ci ilin eyni dövrünə görə, ən çox artım dijital məcralarda müşahidə olunub: 1,343 milyon TL. Bu investisiya içində ən çox payı 773 milyon TL ilə display tutub.
Facemark