Türkiyənin Xəzinə və Maliyyə nazirinin dünən açıqladığı infilyasiya ilə mübarizə proqramı ilə qarşıya qoylan məsəllər artıq icra edilməyə başlayıb. FED.az xəbər verir ki, proqram çərçivəsində qiymətləri enəcək 407 məhsul və xidmətin adı açıqlanıb. Bunlara təzə meyvə və tərəvəz, LPG-təbbi qazı, park ödənişi, qızıl qiymətləri, kirayə və benzin, hətta futbol oyunlarına baxmaq üçün bletlər daxildir.
İllik qiymət artımına baxdıqda qiyməti ən çox yüksələn 44 məhsul var ki, ən çox endirim həmin məhsullarda olacaq.
Qiyməti 100% artan məhsullardan birini təyarə biletləri durur. Benzinin qiymətinin artırılması biletlərə ən çox təsir edib. İkinci isə ən çox kağızın qiymətləri yüksəlib ki, onnu da qiyməti enəcək.
Qeyd edək ki, indiyədək qiymət sürətlə artan mallar arasında avtomobillər ( 61% artıb), paltaryuyan maşın, masa, kreslo, ev alətləri idi. Soyuducu, divan, pərdə və qab yuyan maşınınların da qiyməti artmışdı. İndi isə qiymətlərin enməsi başlanır. Beləliklə arşıdakı 2 ayda ucuzlaşacaq mallar bunlardır:
Ərzaqlar
Düyü, buğda unu, uşaq yeməyi (toz qarışıq), yarma, çörək, biskvit, kraker, vafli, tort, keks, paxlava, çörək xəmiri (kövrək), makaron, əriştə, taxıl lopa, dana əti, quzu əti, toyuq əti, sakatat, sosiska, sosiska, salam, balıq, süd, qatıq, ağ pendir, kaşar pendiri, tulum pendiri, krem pendir, yumurta, kərə yağı (kahvaltılık), marqarin, zeytun yağı, günəbaxan yağı, qarğıdalı yağı, portağal, meyvə və çərəzlər, quru üzüm, quru ərik, tərəvəzlər kartof, quru paxla, noxud, mərcimək, konservlər, tomat, zeytun, cips, toz şəkər, kəsmə şəkər, cem, bal, bəkməz, tahin halvası, şokolad tablet, şokolad krem, lokum, saqqız, dondurma, ədviyyat, duz, qabartma maddələri, sirkə, ketçup, mayonez, tahin, hazır şorbalar, , qəhvə, hazır qəhvə, çay, paket bitki və meyvə çayı, kakao, kakaolu içkilər toz, su, madensuyu və sodası, limonad meyvəli, kola, soyuq çay, ayran, meyvə suyu.
Rakı, viski, şərab, pivə və siqaret də ucuzlaşacaq.
Paltar və ayaqqabı sektorunda isə
Pambıqlı parça, qarışıq parçalar, kişi, qadın və uşaq geyimləri, kostyumlar, köynəklər, pijama, corab, qalstuk, kəmər, geyim təmir ödənişləri, quru təmizləmə ödənişi, ayaqqabı, bot, idman ayaqqabısı.
Bundan başqa, kirayə haqları, ağartma və boya materialları, mərtəbə və divar plitələr, plitələr (PVC), sanitariya avadanlıqları (kran), elektrik haqqı, təbii qaz, təbii qaz abunəsi haqqı, boru qazı, kömür haqqı, ağac ödənişi də enəcək.
Ev əşyası
Tək masa, tək kürsü, yataq otağı komandası, yataqlar, mebellər, yataq dəstləri, yastıq, dəsmal, soyuducu, no-frost soyuducu, dondurucu, paltaryuyan maşın, qabyuyan maşın, soba, kondisioner, soba, kombi aspirator, tozsoran, elektrik kəsici və s. alətlər, elektrikli kiçik ev alətləri, isti içki maşınları, ütü, ev alətlərinin təmiri, şüşə ev əşyası, farfor ev əşyası, polad çəngəl, qaşıq, bıçaq və s., polad mətbəx əşyaları, teflon mətbəx əşyaları, plastik ev-mətbəx əşyaları və sair.
Sağlamlıq sahəsində
Bundan əlavə dərmanlar, digər səhiyyə məhsulları, nömrəli eynək şüşə və çərçivəsi, kontakt linza, səhiyyə ilə əlaqədar vasitə vəsaitlər (təzyiq aləti), mütəxəssis həkim müayinə ödənişi, diş çəkmə ödənişi, diş, plomb ödənişi, rentgen ödənişi, ultrason ödənişi, emar ödənişi, labaratuvar təhlil ödənişləri , xəstəxana yataq ödənişi, əməliyyat ödənişi, doğum ödənişi (normal doğum), doğum ödənişi (keysəriyyə) də endiriləcək.
Nəqliyyat
Dizel və benzinlə işləyəən avtomobillər, motorsiklet, velosiped, avtomobil ehtiyat hissələri və avadanlığı, avtomobil ilə əlaqədar təmizlik və baxım məhsulları, benzin, LPG, mazut, motor yağları, avtomobil icarəsi ödənişi, avtopark ödənişi, hətta sürücü təhsil kursu ödənişi, qatar ödənişi, metro və tramvay ödənişi, taksi ödənişi, şəhərlərarası avtobus ödənişi, təyyarə bileti ödənişi, gəmi ödənişi şəhər xəttləri, yük göndərilməsi ödənişi, nəqliyyat ödənişi də aşağı salınacaq.
Rabitə sahəsində
Mobil telefonlar, ehtiyat hissələri (SİM kart, batareya), telefon təmiri, telefon görüş ödənişi, cib telefonu görüş ödənişi, telefon abunəliyinizin bağlı xidmətlər, internet ödənişi də ucuzlaşacaq.
Əyləncə və mədəniyyət
Televiziya, fotoaparat, kompüter, kompüter avadanlığı, tablet, musiqi alətləri, oyuncaqlar, oyun konsulu, idman əşyaları, kino, teatr, digər mədəni fəaliyyətlər (internet kafe), şans oyunları, uşaq kitabları, test kitabı , digər kitablar (ədəbi kitablar), qəzetlər, jurnallar, məktəb dəftəri, qələm, daxili həftəsonu turları, daxili bir həftə və daha çox davamlı turlar, xarici bir həftə və daha uzunmüddətli turlar, həcc ziyarəti, umreye tarifləri endiriləcək.
Təhsil sahəsində
Məktəb haqqı, xüsusi ibtidai təhsil haqları, xüsusi lisey haqları, xüsusi universitet haqları, universitet töhfələri, tanınmayan təhsil proqramları.
Otellər
Şorbalar, hazır yeməklər (plov, quru paxla), kabablar, pide, çiy küftə, ekmekarası yeməklər (dönər), Burger, pizza, tortuna məhsulları, xəmir şirinləri, isti içkilər, kola, ayran, spirtli içkilər, otel ödənişi, yurd ödənişi də ucuzlaşacaq.
Müxtəlif mal və xidmətlər
Kişi bərbəri, qadın bərbəri, elektrikli saç baxım alətləri, ağız və diş baxımı məhsulları, tualet və gözəllik sabunu, sabun, ətriyyat, deodorantlar, qonaq kolonyası, dəri və bədən məhsulları, makiyaj vəsaitləri, saç baxım məhsulları, tualet kağızı, dəsmal, körpə bezi də ucuzlaşacaq.
Bundan başqa, Türkiyədə ləl-cəvahirat (qızıl), səyahət vəsaitləri, məktəb çantası, çətir, körpə avtomobili və avto kreslosu, körpələr evi və gündüz baxım evləri, yanğın, oğurluq və digər fəlakətlər üçün sığorta, səhiyyə sığortası, kasko və məcburi trafik sığortası, bank ilə pul həvalə ödənişi, rəsmi sənədlərlə əlaqədar xidmətlər, nəqliyyat vasitələri ilə əlaqədar xidmətlər, vəkillik ödənişi, sənədləşdirmə üçün ödənən ödənişlər də aşağı salınacaq.