Türkiyə hökuməti qadın sahibkarlara dəstək üçün yeni mexanizm hazırlayıb. FED.az xəbər verir ki, Ticarət naziri Ruhsar Pekcan qadın sahibkarların ixracına dəstək üçün yeni maliyyə paketi təqdim olunacağını bildirib: «Qadın sahibkarlarımız və ixracatçılarımız üçün yeni bir maliyyə paketi təqdim edəcəyik. Bu kreditlər o şirkətlərə veriləcək ki, işçilərinin 51%-i qadınlar olsun. Həmin firmaların ixracatına dəstək üçün 200 milyon dollarlıq kreditlər veriləcək. Həmin məbləğ daha 100 milyon lirə arta bilər».
Türkiyə hökuməti bu mexanizmdə «Eximbank» və «Finansbank»ın əməkdaşlığından istifadə edəcək.
Eləcə də bax: Yüksək imici necə qazanmalı? - MƏQALƏ