Türkiyədə baş verən iqtisadi problemlərə baxmayaraq milyonçuların sayı nəinki azalmır, əksinə artır. FED.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölkədə milyonçuların sayı 2017-ci ilin iyul ayı ilə müqayiçədə 27 min nəfər artaraq, 166 min nəfərə çatıb. Bununla yanaşı, qeyd edək ki, milyonçuların artımı gəlirləin artımı ilə yanaşı, həm də dolların bahalaşması və lirənin dəyərsizləşməsi ilə əlaqədardır.
Bu ilin iyul ayında milyonçuların toplam əmanətləri 1 trilyon 78 milyard 734 milyon lirə təşkil edib. Bu rəqəm ötən il 909 milyard 979 milyon lirə idi. Bununla yanaşı, qeyd edək ki, ötən il bu məbləğ xarici valyutada 231,5 milyon dollar idisə, bu il həmin məbləğ 168,5 milyon dollar deməkdir.
Milyonçuların ortalama əmanətləri adam başına 6 milyon 497 min lirədir.
Milyonerlərin əmanətlərinin 444 milyard 734 milyonu lirədə, 527 milyard 399 milyon lirəsi xarici valyutada, 4 milyard 265 milyon lirə isə qiymətli metallarda saxlanılır.
Ötən il ölkədəki milyonçuların sayı 127 min nəfər idi.
Türkiyənin Bank Tənzimləmə və Nəzarət Təşkilatının məlumatlarına görə, xaricdə yaşayan türk əsilli milyonçuların sayı iyul ayının sonuna qədər 16 min 904-ə yüksəlib. Onların hesablarındakı pulun miqdarı 102 milyard 337 milyon TL olub.