Anadolu Qrupu, McDonald’s-un Türkiyədəki lisenziyasına sahib olan Anadolu Restoran İşletmelerini Birleşik Holdinqə satıb.
Eləcə də bax: Azərbaycan "McDonalds" restoranlarının sayına görə Avropada 33-cü yerdədir
FED.az Türkiyə mediasına istinadən xəbər verir ki, müqavilənin dəyəri 280,7 milyon TL təşkil edib.
Məlumata görə, satış üzrə müqavilə rəsmi qurum və səlahiyyətli şəxslərin icazəsinin alınmasından sonra yekunlaşacaq. Satış ilə bağlı bütün işlər isə 2020-ci ilin ilk rübü ərzində nəticələnəcək. Qeyd edək ki, "McDonald's Türkiyə"nin 250-dən çox şöbəsi və 6000 içşisi var.