Türkiyədə kafe, restoran, çayxana və digər ictimai iaşə obyektlərində iş saatlarına tətbiq olunan məhdudiyyətlər ləğv olunub.
Eləcə də bax: Kafe və restoranlarda müştərilərin sıxlıq normaları - AÇIQLANDI
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi sərəncam imzalayıb. Sərəncam 81 vilayətə göndərilib.
Bildirilib ki, sərəncama əsasən, ictimai iaşə obyektləri ümumi qaydalarda və lisenziyalarda göstərilən müddətlərdə fəaliyyət göstərə biləcəklər. Qərar bu gündən qüvvəyə minib.