entyabrın 6-da Türkiyənin İzmir şəhərində İzmir Beynəlxalq Sərgisi açılıb.
FED.az xəbər verir ki, bu il 88-ci dəfə keçirilən tədbir İzmir Böyükşəhər bələdiyyəsi tərəfindən təşkil olunub.
Açılış mərasimi İzmirin Atatürk Mədəniyyət Parkında baş tutan tədbirdə İstanbul Böyükşəhər bələdiyyəsinin sədri Əkrəm İmamoğlu da iştirak edib.
Sentyabrın 15-dək davam edəcək sərgidə müxtəlif ölkələrin firmaları, eləcə də istehsalat məhsulları nümayiş etdiriləcək.
Bir çox ölkənin təmsil olunduğu tədbirin xalqlar arasında mədəni və ticarət əlaqələrinin qurulmasına, mövcud əməkdaşlıqların inkişafına dəstək verəcəyi ehtimal edilir.