Türkiyə hökuməti elektron siqaretlərin satışını qadağan etmək niyyətindədir.
FED.az məlumat verir ki, bu barədə jurnalistlərə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.
Eləcə də bax: Hindistan elektron siqaretlərə - MÜHARİBƏ ELAN EDİB - ÇOX ZƏRƏRLİDİR
"Elektron siqaretlərin satışı və idxalı qadağan ediləcək. Biz müvafiq qanunvericilik üzərində işləyirik" - nazirlik rəhbəri qeyd edib.
Nazir əlavə edib ki, məsələ ölkə parlamentinin müzakirəsinə çıxarılacaq.
Qeyd edək ki, son günlər dünyanın bir sıra ölkələrində elektron siqaretlərdən ölüm halları artmaqdadır. Təkcə ABŞ-da 15 nəfər elektron siqaretlərin qurbanı olub.
Report