2025-ci ilin yanvar ayında Türkiyədə Azərbaycan kapitalı ilə 13 şirkət qeydiyyata alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 şirkət azdır.
Naxçıvanda 8 şirkət birləşir
FED.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.
“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətlərinin məcmu kapitalı 13 milyon 300 min türk lirəsi olduğu halda, 2024-cü ilin eyni dövründə bu rəqəm 9 milyon 250 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.
Qurumdan o da qeyd olunub ki, 2025-ci ilin yanvar ayında Azərbaycan şirkətlərinin əksəriyyəti İstanbulda (10) qeydiyyata alınıb.
“İstanbulda qeydiyyatdan keçən Azərbaycan şirkətlərinin ümumi kapitalı 10 milyon 200 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.
Məlumata əsasən, 2025-cü ilin yanvar ayında Türkiyədə Azərbaycan kapitalı ilə 4 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir. (Trend)