2022-ci ilin yanvar-mart aylarında Türkiyədə Azərbaycan kapitalı ilə 59 şirkət qeydiyyata alınıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 11 şirkət azdır.
Eləcə də bax: Yüksək kapitalları ilə seçilən - YENİ ŞİRKƏTLƏR - SİYAHI
FED.az xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.
Məlumatda qeyd olunur ki , hesabat dövründə, qeydiyyata alınan Azərbaycan şirkətlərinin sayı qismən azalsa da, onların ümumi kapıtalı artıb.
“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətlərinin məcmu kapitalı 18,475 milyon türk lirəsi olduğu halda, 2021-ci ilin eyni dövründə bu rəqəm 13 milyon türk lirəsi təşkil edib”-deyə TOBB-dan bildirilib.
TOBB-dan o da qeyd olunub ki, 2022-ci ilin yanvar-mart aylarında Azərbaycan şirkətlərinin əksəriyyəti İstanbulda (48) qeydiyyata alınıb.
“İstanbulnda qeydiyatdan keçən Azərbaycan şirkətlərinin ümumu kapitalı 14,255 milyon türk lirəsi təşkil edib” –deyə TOBB-dan bildiriblər.
Qeyd olunub ki , 2022-ci ilin yanvar-mart aylarında Türkiyədə Azərbaycan kapitalı ilə 4 sənaye, 5 tikinti, 27 topdan və pərakəndə ticarət, 2 daşınmaz əmlak satışı, 2 turizm, 8 nəqliyyat-logistika şirkəti qeydiyyata alınıb.
Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.
Qeyd edək ki, 2021-ci ildə Türkiyədə Azərbaycan kapitallı 237 şirkət qeydiyyatdan keçib. Onların ümumu kapitalı 63,171 milyon türk lirəsi olub.
2021-ci ildə ən çox Azərbaycan kapitallı şirkət İstanbulda qeydə alınıb.
Məlumat üçün bildirək ki , 2020-ci ildə Türkiyədə Azərbaycan kapitallı 148 şirkət qeydiyyatdan keçib və onların ümumi kapitalı 21,19 milyon türk lirəsi təşkil edib. (Trend)