2023-ci ilin may ayında Türkiyədə Azərbaycan kapitalı ilə 111 şirkət qeydiyyata alınıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 7 şirkət azdır.
Azərbaycanda tütün şirkəti ASC formasından - İMTİNA EDİR
FED.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.
Məlumatda qeyd olunur ki, hesabat dövründə, qeydiyyata alınan Azərbaycan şirkətlərinin sayının azalmasına baxmayaraq, onların ümumi kapitalı artıb.
“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətlərinin məcmu kapitalı 109,5 milyon türk lirəsi olduğu halda, 2022-ci ilin eyni dövründə bu rəqəm 42,4 milyon türk lirəsi təşkil edib”-deyə TOBB-dan bildirilib.
TOBB-dan o da qeyd olunub ki, 2023-cü ilin may ayında Azərbaycan şirkətlərinin əksəriyyəti İstanbulda (97) qeydiyyata alınıb.
“İstanbulda qeydiyatdan keçən Azərbaycan şirkətlərinin ümumi kapitalı 101,6 milyon türk lirəsi təşkil edib” –deyə TOBB-dan bildiriblər.
Qeyd olunub ki, 2023-cü ilin may ayında Türkiyədə Azərbaycan kapitalı ilə 59 topdan və pərakəndə ticarət şirkəti qeydiyyata alınıb.
Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir. (Trend)