2020-ci ilin yanvar-avqust aylarında Türkiyədə Azərbaycan kapitalı ilə 77 şirkət qeydiyyata alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 48 şirkət azdır.
FED.az xəbər verir ki, bu barədə Türkiyənin Ticarət-Sənaye Palatasından bildiriblər.
Qeyd edilib ki, hesabat dövründə Türkiyədə qeydiyyata alınmış Azərbaycan şirkətlərinin ümumi kapitalı 16,685 milyon lirə təşkil edib. 2019-cu yanvar-avqust ayla, rında bu göstərici 18,695 milyon lirə olub.
Bu ilin yanvar-aprel aylarında Azərbaycan kapitalı ilə 63 şirkət İstanbulda qeydə alınıb. Bu şirkətlərin ümumi kapitalı 10,273 milyon lirə təşkil edib.
2020-ci ilin yanvar-aprel aylarında Türkiyədə Azərbaycan kapitalı ilə 2 dağ-mədən, 8 sənaye, 2 tikinti, 38 topdan və pərakəndə ticarət, 6 nəqliyyat, 5 turizm və 4 daşınmaz əmlak satışı şirkəti qeydiyyata alınıb.
Daha 12 şirkət iqtisadiyyatın digər sektorlarında faəliyyət göstərir. (Trend)