Türkiyədə daşınmaz əmlak, xüsusilə də mənzil və ev alanların sayında kəskin artım var. FED.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2013-ci ilin yanvar ayından bu ilin avqust ayına qədər Türkiyədə satılan evlərin sayı 5 milyon 896 min 269 olub.
Son 6 ildə ən böyük göstərici ötən il qeydə alınıb – 2017-ci ildə qardaş ölkədə 1 milyon 409 min 314 ev satılıb. Bu ilin yanvar-avqust aylarında isə satılan evlərin sayı 875 mini keçib.
Evlərin qiymətinə gəldikə isə 2013-cü ildən indiyədək 83% artım var. Qiymət artımı ən çox İstanbul 91,2%, Ankara 53,7% və ikiqat artımla İzmirdə baş verib.
Xaricilərə satılan evlərin sayı 100 mini keçib. Belə ki, Türkiyədə ev alanlara vətandaşlıq verilməsi illə bağlı qanundan sonra xaricilərdən ev alanların sayı kəskin artım müşahidə edilib.
Yəni 2013-cü ildə xaricilərin aldığı evlərin sayı 12 min 181 olubsa, bu ilin avqust ayna qədər isə bu rəqəm 18 min 540-a yüksəlib.
Ümumilikdə 6 ildə xarici vətandaşlar 112 min 933 ev alıb.
Türkiyədə ev alanlardan ilk sırada İraq, Səudiyyə Ərəbistan və Küveyt ilk üçlükdə dursa da, Rusiya, Əfqanıstan və Azərbaycan vətandaşları ilk sıralarda durur.
|