İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti sentyabrın 17-də "Özsüt Next" MMC-ni (VÖEN: 1605577301) dövlət qeydiyyatına alıb.
FED.az xəbər verir ki, yeni şirkət 1 ,1 milyon manat nizamnamə kapitalına malikdir.
Şirkət Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Heydər Əliyev prospekti, ev 185, mənzil 11/3 ünvanında qeydiyyatdan keçib.
Həmin dövrdə qanuni təmsilçisi Türkiyə vətəndaşı Ucar Mehmet Baki olub.
Oktyabrın 3-də isə "Özsüt Next" MMC-nin qanuni təmsilçisi dəyişərək Renat Tofiq oğlu Əzməmmədov olub.