Türkiyənin TESİAD biznes təşkilatı Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) ilə birgə koordinasiya mərkəzi yaradılıb.
Eləcə də bax: Azərbaycanla Qətər arasında işgüzar şura - YARADILACAQ
FED.az xəbər verir ki, ASK-dan verilən məlumata görə, iki qurum arasında keçirilən onlayn görüşdə biznes forum, B2B görüşlərin keçirilməsi və TESAM Akademiyası təcrübəsinin Azərbaycanda tətbiqi məsələləri müzakirə edilib.
Qarşıdakı aylarda keçiriləcək işgüzar tədbirlərin mövzuları üzrə təkliflər əsasında ilkin planlaşdırılma aparılıb. Eyni zamanda, B2B formatında keçiriləcək görüşlər üçün iqtisadi sahələrdə sektorlar üzrə seçim aparılıb. (Apa)